İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu gun münasibətilə Aztrade rəhbərliyi və əməkdaşları Mondelez shirketinə məxsuz məhsullarla uşaq evini ziyarət edib.Valideyin himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük maraqla qarşıladılar.Heyətimiz uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.
Bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.