«AzTrade» MMC - Azərbaycan bazarında 10 ildən çox iş təcrübəsinə malik olan və ölkə iqtisadiyyatına böyük bir yatırım edən bir şirkətdir.
2007-ci ildə "Kraft Foods" şirkətinin mallarının rəsmi disribributoru olaraq başlayan "AzTrade" MMC ildən ilə, qısa bir zamanda, böyük nailiyyətlər qazandı. Dünya bazarının müasir tələblərinə cavab verən və xidmətin yüksək səviyyəsini göstərən "AzTrade" MMC rəqibləri arasında aparıcı mövqelərdən birini tutur.
İşin yüksək keyfiyyətini təmin etmək üçün Şirkət anbarların (WMS) və nəqliyyatın (TMS) avtomatik idarəetmə sistemi, satışların online idarə olunması və analizi kimi innovativ texnologiyalardan istifadə edir.
Bizim portfel özündə müxtəlif məhsul kateqoriyalarından ibarət brendləri cəmləşdirir. Bu onların hər birini istehsalçı şirkətin siyasətinə tam uyğun olaraq inkişaf etdirməsinə maneəçilik törətmir.
Bizim missiyamız – logistikanın və distribyusiyanın təşkilində müasir tədqiqatlardan istifadə edərək keyfiyyətli məhsulları insanlara daimi əlçatan etməkdir.
Bizim məqsədimiz - istehlakçılar üçün keyfiyyətli məhsul istehsal edən partnyorlar ilə uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan dünyaca tanınmış bir şirkət olmaqdır.
Şəffaf münasibətlər – biz öz partnyorlarımızla qarşılıqlı hörmət və etibara əsaslanan, uzunmüddətli və əlverişli münasibətlər qururuq.
Yüksək keyfiyyət – biz texnologiyaların inkişafı və əməkdaşlarımızın işinin effektivliyini daimə artıraraq göstərdiyimiz xidmətə zəmanət veririk.
Komanda - görülən işə məsuliyyətli yanaşmaq komandamızın əsas dəyərlərindən biridir.
Bakı şəhərindən əlavə digər şəhər və rayonlarında da şöbələrimiz mövcuddur: Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Sabirabad