Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra mərkəzdə eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyədə böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Dağıntılar altında qalan minlərlə insanın xilas edilməsi üçün Azərbaycan hər cür fədakarlıq göstərməkdədir. İstər rəsmi dövlət səviyəsində, istərsə özəl sektor, həmçinin vətəndaşlar tərəfindən lazımı yardımlar göstərilir.
Türkiyədə zərzələdən zərər çəkənlərə AztradeMMC şirkəti tərəfindən yardım göndərilmişdi.